29 yanvar 2019-cu il il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə FHN-nin Şimal- Qərb Regional Mərkəzi “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda birgə maarifləndirmə tədbiri keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd müəllim və tələbə kollektivinin təbii və texnogen mənşəli fövqəladə hadisələr zamanı necə hərəkət etməsi və insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərini təkmilləşdirilməsi idi.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Azad Məmmədov açaraq, tədbirin məqsədi barədə iştirakçılara məlumat verdi. Tədbirdə FHN-nin Şimal- Qərb Regional Mərkəzinin baş məsləhətçisi Natiq Rüstəmov, daxili xidmət leytenantı Amil Hümbətli və FHN-nin Şimal- Qərb Regional Mərkəzinin Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Amal Babayev iştirak edirdilər.
Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Sel və daşqın”, “Torpaq sürüşməsi”, “Nəqliyyat qəzaları” və “112” qaynar xətti” mövzularında məruzələr etmiş, videoçarxlar nümayiş olunmuşdur.