Səbətiniz Boşdur!
İşəgötürənlərlə əməkdaşlıq qarşılıqlı fayda verir!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə ətraf regionlardakı müəssisələrin əməkdaşlığı genişləndirilir. Regionda fəaliyyət göstərən “EDEN AGRO” MMC, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC və “Tufandağ” Qış-Yay Turizm Kompleksi tərəfindən verilən sifariş əsasında “Avtokar sürücüsü” ixtisası üzrə qısamüddətli kurslara start verilib.
Kurs 25 iyun tarixində başlayıb və işəgötürənlərin ehtiyaclarına uyğun sıxlaşdırılmış proqramı ilə, 2 həftəlik tədris müddətindən sonra 5 iyul 2025-ci il tarixində başa çatıb.
3 müəssisədən iştirakçının qatıldığı təlimlər ödənişli əsaslarla təşkil olunub və bu məqsədlə rəsmi müqavilələr imzalanıb.
Bu təşəbbüs əmək bazarının tələblərinə cavab verən kadr hazırlığına, regionda məşğulluğun artırılmasına və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin büdcədənkənar gəlirlərinin formalaşmasına töhfə verir.
#QəbələDövlətPeşəTəhsilMərkəzi#PeşəTəhsili#İşəgötürənləƏməkdaşlıq#QısamüddətliTəlim#Avtoyükləyici#Məşğulluq










Bir cavab yazın