Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 fevral 2020-ci il tarixli, F-75 nömrəli əmrinə əsasən “Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyətlər Planı”-na uyğun olaraq 27 fevral 2020-ci il tarixdə Qəbələ Peşə məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin birgə fəaliyyəti ilə “Sanitariya maarifləndirmə işinin həyata keçirilməsi” ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Qəbələ Peşə məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin müəllim və tələbə kollektivi, Qəbələ rayon Mərkəzi Xəstəxanasının İnfeksioner həkimi Nəhayət Süleymanova, Qəbələ rayon Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi Günay Baxışlı iştirak etmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru, iqtisad elmləri namizədi Namik Muradov açmış və sözü Qəbələ rayon Mərkəzi Xəstəxanasının İnfeksioner həkimi Nəhayət Süleymanovaya vermişdir. O, Koronovirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya işlərinin görülməsi haqqında danışmışdır. Sonra isə Qəbələ rayon Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi Günay Baxışlı çıxış edərək öz fikirlərini bildirmişdir.

Daha sonra iştirakçıların sualları cavablandırılmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.