12 yanvar 2016-cı il tarixdə məktəbdə modul tipli təhsil proqramları üzrə tədrisin təşkilinə dair dəyirmi masa keçirildi. Tədbirdə məktəbin mühəndis-pedaqoji kollektivi, təlimçi müəllimlər Fariz Ələkbərov, Vüqar Mohumayev və BMT-nin İnkişaf Fondunun Azərbaycan münayəndəliyinin təmsilçisi iştirak edirdi.
Dəyirmi masanı məktəbin direktoru Azad Məmmədov açaraq bildirdi ki, ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsi prioritet sahədir. Bu sahədə ixtisaslı kadrların hazırlanması da qarşımıza məqsəd qoyulmuşdur. Ona görə də bu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı üçün məktəbə 4 yeni ixtisas verilmişdir. Direktor qeyd etdi ki, dekabr ayında Prezidentin Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyatın və iqtisadiyyatın sahələrinin inkişafı üzrə “Yol Xəritəsi”ndə Peşə təhsilinin və təliminin inkişafı üzrə prioritet olaraq qəbul edilmişdir və bu sahədə töhfələrimizi vermək üçün məktəbin mühəndis-pedaqoji kollektivinin üzərinə böyük məsuliyyət düşür.
Dəyirmi masa ətrafında qonaqlar, müəllimlər fikir mübadiləsi aparmışlar. Tədbirdə qərara alındı ki, hər həftə mühəndis-pedaqoji işçilərlə təlimlər keçirilməlidir və yeni təlim texnologiyaları mənimsənilməli və tədrisdə tətbiq edilməlidir.