Məktəbimizdə Aqrar Universitetin müəllimləri təlim aparırlar
Bu tədris ilindən etibarən məktəbimizdə yeni təhsil proqramlarının tətbiqinə başlanmışdır. Ölkəmizdə aqrar sahənin inkişafında peşə təhsilli mütəxəssislərə daha çox ehtiyac duyulur. Ona görə də bu tədris ilində məktəbdə üç yeni ixtisas üzrə: bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi və aqroservis mütəxəssisi ixtisasları üzrə şagird qəbulu aparılmışıdr.
Tədrisin modul tipli təhsil proqramları ilə aparılması bu sahədə çalışan kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələsini qabardır. Bu məqsədlə də Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri məktəbimizdə təlimlərə başlamışlar. Universitet müəllimləri şagirdlərlə tədris apararkən, həm də mühəndis-pedaqoji kadrlarımız həmin usta dərslərində iştirak edir və modul tipli təhsil proqramları ilə tədrisin aparılması sahəsində təcrübə qazanırlar və tədris prosesində tətbiq edirlər.
Hal-hazırda Aqrar Universitetin müəllimi, ekspert, dosent əvəzi Fariz Ələkbərov noyabrın 11-dən başlayaraq, ekspert müəllim Əkbər Cabbarov tədrisə başlamışdır. Tədris prosesi uğurla davam edir. Növbəti həftə daha bir ekspert müəllimin gəlməsi planlaşdırılmışdır.