2016-2017-ci tədris ilindən məktəbimizdə yeni təhsil proqramları üzrə tədris aparılmağa başlanmışdır. Modul tipli təhsil proqramları üzrə tədrisin aparıldığı “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Heyvandarlıq mütəxəssisi” ixtisasları üzrə bir çox modulların tədrisi başa çatmışdır. Təlimata görə tədrisi başa çatmış moullar üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi aparılmalıdır. Bu məqsədlə də məktəbin I kurs qruplarında 24 aprel – 5 may tarixlərində modullar üzrə imtahanlar keçirilmişdir. Eyni profildən olan modullar üzrə kompleks imtahanlar təşkil edilmişdir.

İmtahanlarda I kurslarda təhsil alan 57 nəfər şagird yüksək fəallıqla iştirak etmiş və hamısı müvəffəq qiymət almışlar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.