Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mənəvi dəyərlərimizi qoruyaq” adlı tədbir keçirildi. Tədbirdə Mərkəzin I kurs tələbələri və müəllimlər iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizi qorunmasının vacibliyini tələbələrə aşılamaq olmuşdur. Tədbirdə narkomaniya, zərərli vərdişlər, əxlaqi tərbiyə və sosial şəbəkələrdən istifadəyə həsr edilmiş slaydlar və videoçarxlar nümayiş etdirildi. Tədbir interaktiv xarakterli sual-cavab və qarşılıqlı diskussiya formasında keçirildi.
Tədbirin aparıcısı Rübabə Məmmədova milli-mənəvi dəyərlərimiz, cəmiyyətdə gənclərin rolu və digər məsələlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Direktor müavini Camal Rəsulov çıxış edərək, belə qəbildən olan tədbirlərin gənclərimizin formalaşmasında ən vacib amillərdən olduğunu qeyd etdi.
Təhsil Mərkəzinin direktoru Azad Məmmədov tədbirin əhəmiyyətinin yüksək olduğunu vurğuladı və bildirdi ki, müasir gəncliyimiz Azərbaycan Dövlətçiliyinin qorunması üçün dünyəvi əxlaqi dəyərlərə sahib olmalı və yüksək təhsil almaqla cəmiyyətimiz üçün faydalı bir şəxsiyyət kimi formalaşmalıdırlar.