Məzunlara diplomlar paylandı
Bu gün məktəbimizdə mühəndis-pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə 2016-cı ilin məzunlarına diplomların paylanması tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Məmmədov açdı.
O, məzunları diplom almaları münasibəti ilə təbrik etdi və onlara gələcək işlərində uğurlar arzuladı.
A.Məmmədov daha sonra tədbir iştirakçılarına dövlətimizin ilk peşə-ixtisas təhsilinə qayğısından
danışdı və məktəbimiz üçün yeni müasir binanın tikilməsini qeyd etdi.
Tİİ üzrə direktor müavini Camal Rəsulov çıxış edərək məzunlara uğurlar arzuladı və
bildirdi ki, rayonumuzun aqrar, tikinti, emal, nəqliyyat və digər sahələrində ixtisaslı kadrlara olan
tələbatın ödənilməsi 40 ildən artıqdır ki, Qəbələ Peşə məktəbinin öhdəsinə düşür.
Məktəbimizin mühəndis-pedaqoji işçiləri bu sahədə yüksək təcrübəyə malikdirlər və
işlərini müasir tələblərə uyğun qururlar.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkildi.