19 noyabr tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dualabənzər PTT layihəsi çərçivəsində master – klass təlim dərsi keçirilmişdir. Əvvəlcə tədbirin rəsmi hissəsi başlandı və qonaqları Təhsil Mərkəzinin direktor müavini Camal Rəsulov salamlayaraq, tədbirin açılışını elan etdi və Təhsil Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verdi. Sonra Turizm və Otelçilik üzrə Peşə Tədris mərkəzinin direktoru Eyvaz Kazımov, direktor müavini Reyhan Məmmədova, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları Səbinə Adilova, Fərrux Nəcəfov qonaqlara layihə barəsində geniş məlumat verdilər, videoçarx və fotoları nümayiş etdirdilər. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagird və müəllimləri, valideynlər iştirak etdilər.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar İsmayılzadə çıxış edərək, dövlətin peşə təhsilinə qayğısı və gələcək planlar barədə geniş məlumat verdi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra ustad dərsi keçirildi.
i