13 iyun 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim və I kurs şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə məktəbin müəllimi Səlim Mehdiyev açmışdır. O , Azərbaycan dövlətinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin sonsuz xidmətlərindən danışaraq 25 il bundan əvvəl 1993-cü ilin 15 iyun tarixinin xalqımızın taleyində dönüş anı olduğunu qeyd etmışdir.

Sonra məktəbin psixoloqu Z.Hüseynova, müəllimlərdən N.Qurbanov, H.Qaçayeva və digər çıxış edənlər Ulu Öndərimizin Azərbaycanın bir dövlət kimi qorunub saxlanmasında və möhkəmlənməsində əvəzsiz xidmətlərindən söhbət açmış və onun bugünki əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək xalqımızın təkidi ilə hakimiyyətə gəlməsi və parçalanmaqda olan Azərbaycanın xilaskarı olması barədə fikirlər söyləmişlər.
Sonda Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.