2018-2019-cu tədris ilində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə qəbul edilmiş, modul tipli təhsil proqramları ilə tədrisi həyata keçirilən “Aqroservis mütəxəssisi”, “bitkiçilik mütəxəssisi”, “heyvandarlıq mütəxəssisi” və “meyvə ustası” ixtisasları üzrə I yarımildə tədrisi tam başa çatmış sektor modulları üzrə aralıq attestasiyaların keçirilməsinə start verilmişdir. Bu məqsədlə dekabr ayında aralıq attestasiyalara  hazırlıq üçün direktorun əmri ilə attestasiya komissiyaları yaradılmış və aidiyyatı mühəndis – pedaqoji kadrlara lazımi tapşırıqlar verilmişdir. Əmrə əsasən, imtahan cədvəli tərtib edilmiş və imtahanqabağı məsləhətlər keçirilmişdir. Aralıq attestasiya materialları  hazırlanmış, metodiki komissiya iclasında müzakirə edilmiş və təsdiq edilmişdir. Təhsil Mərkəzində imtahanların keçirilməsi üçün otaqlar  müəyyənləşdirilmiş və tələb olunan şərait yaradılmışdır. İmtahanlar həm tədris otaqlarında, həm də laboratoriya və emalatxanada təşkil edilmişdir.

Qeyd etmək lazımdır ki, aralıq attestasiyalar əsasən üç istiqamət üzrə: kənd təsərrüfatı texnikasının quruluşu, bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə üstünlük təşkil etdiyinə görə, Qəbələ rayonundakı “Gilan Qəbələ Aqrotexservis” MMC, “Gilan Dairy Farms” MMC – əkinçilik və “Gilan Dairy Farms” MMC ətlik – südçülük kompleksinin mütəxəssisləri ayrı – ayrı modullar üzrə attestasiya komissiyalarının sədrləri təyin edilmişlər. Adları qeyd edilən müəssisələr Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə tələbələrin istehsalat  təliminin və təcrübəsinin təşkilində və dual təlim pilotlarlarının yaradılmasında yaxından əməkdaşlıq edirlər.

İmtahanların gedişini Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihəsi çərçivəsində kənd təsərrüfatı sahəsində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” üzrə layihənin əməkdaşı Məhəmməd Məmişzadə izləmişdir.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.