Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Qəbələ Mall” Mərkəzində 3000-dən çox şəxsin iştirakı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib.

Tədbirin keçirilməsində məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Festivalda qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Eyni zamanda İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsil müəssisələrinin də turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda həmçinin region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi “Aspi Agro” MMC, “Xanlar Qəbələ” restoranı, “Qafqaz Qəbələ” MMC kimi işəgötürən müəssisələr də təmsil olunublar.

Tədbirin bədii hissəsində iştirakçılar üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.