Təhsil Mərkəzinin peşəyönümü işlərinin illik planına uyğun olaraq, peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün direktorun əmri ilə müəllim və istehsalat təlimi ustalarından ibarət təbliğat qrupları yaradılmışır. Həmin qruplar qrafikə uyğun olaraq, 15 may tarixindən etibarən rayonun böyük yaşayış məntəqələrində yerləşən ümumtəhsil məktəblərində silsilə görüşlər keçirirək, peşə təhsilinin vacibliyindən, yeni istifadəyə verilmiş Təhsil Mərkəzinin imkanlarından, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən və dual peşə təhsilinin tətbiqi barədə məlumatları şagird və müəllimlərin diqqətinə çatdırırlar. Bunun üçün bir sıra hazırlıq işləri görülmüşdür. Belə ki, təqdimatlar, bukletlər və digər məlumat daşıyıcı sənədlər hazırlanmış və görüşlər zamanı iştirakçılara paylanmışdır.

15 may tarixində rayonun Bum qəsəbəsində yerləşən 2 məktəbin, Həmzəlli kənd tam orta məktəbinin, 17 may tarixində Nic qəsəbəsində yerləşən 5 məktəbin, Mirzəbəyli kənd tam orta məktəbinin IX – XI sinif şagirdləri və müəllimləri ilə görüşlər keçirilmişdir. Görüşlər maraqlı və qarşılıqlı sual – cavab şəraitində keçmişdir.

May ayının sonunadək digər qəsəbə və kənd məktəblərində belə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirin təşkilində nəqliyyat xərclərini, bukletlərin və digər məlumat daşıyıcı reklam xarakterli sənədlərin hazırlanması Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) hesabına aparılmışdır.

Görüşlərdə Təhsil Mərkəzinin təbliğat qrupları ilə birgə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşları da iştirak etmişlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.