Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ ( Qəbələ Gəncləri ) nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı intellektual yarış keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən intellektual yarışda 13 komanda üzrə 65 gənc iştirak edib.

Yarış iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız, yerli silahlar və Qarabağın tarixinə dair sualları cavablandırmağa çalışıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Qələbə” komandası I, “Şuşa” komandası II, “Əsgər” komandası III yerə layiq olub.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Yarışda iştirak edən hər bir gəncə öz təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471