Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 35 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”

Qeyd edilib ki, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında yüz qırx yeddi nəfər (147) qətlə yetirilmiş, yeddi yüz qırx dörd nəfər (744) yaralanmış, səkkiz yüz qırx bir (841) nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki (112) nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi.

20 Yanvar xalqımızın “Qanlı” tarixi olduğu kimi, 44 günlük Vətən Müharibəsi isə Azərbaycan xalqının “Şanlı” tarixidir. Bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Tədbirin gedişində 20 Yanvar faciəsini özündə əks etdirən video-çarxlar izlənilib, tələbələrin ifasında şeir kompozisiyaları səsləndirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Şəki-Zaqatala Regional Gənclər İdarəsinin birgə təşkil etdiyi tədbirdə İdarənin əməkdaşları Qaraxan Göyüşlü və Elçin Osmanov 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirərək Qanlı Yanvar haqqında məlumat veriblər. Eyni zamanda Mərkəzin əməkdaşları və tələbələri çıxış edərək Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edib. Vurğulanıb ki, belə tarixi günləri qürur mənbəyi, mübarizlik əzmi kimi gənc nəslə təbliğ etməliyik.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 35-ci il dönümünə həsr olunmuş “Xüsusi dərslər” keçirilib, bir qrup tələbələri Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə güllər düzüblər.

https://www.facebook.com/share/p/15uStxnMs3/

https://www.instagram.com/p/DE7bGlxsYkG/?igsh=MTQ0dWRvdmJlOTh5Ng==

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.