Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbir keçirilmişdir – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbir keçirilmişdir

lk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova iştirakçıları salamlayaraq, Sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışaraq, sözü layihə rəhbəri Anar Məhərrəmova vermişdir.

A.Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat vermişdir.

Bildirib ki, layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində seminarlar, həmçinin, futbol və voleybol yarışları həyata keçirilir.

Layihənin eksperti Saleh Aslanov Sağlam həyat tərzinə sahib olmağın zəruruliyi, zərərli vərdişlərə aludəçiliyin fəsadları, Narkotikdən uzaq durulmasının vacibliyi, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələri, sağlamlığa daimi nəzarətin önəmi, Peyvənd olunmağın zəruriliyi, fiziki aktivliyin əhəmiyyəti, nizamlı yuxunun faydaları və s. haqqında geniş məlumat vermişdir.

Sonra tədbir iştirakçıları sertifikatlarla təltif ediliblər.

Sonda layihənin idman yarışlarının hakimi Sübhan Şeydayevin iştirakı ilə futbol və voleybol yarışları həyata keçirilib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471