Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Cənubi Qafqazda özəl sektorun inkişafı və Peşə təhsili və təlimi” layihəsi çərçivəsində təlimlər keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzidən olan mentorlar – Reyhan Məmmədova və Rəşid Mirzəliyev Quba və Xaçmaz Peşə təhsili müəssisələrindən seçilmiş mentorlara 2 gün ərzində təlimlər keçiblər.
Mentorların təcrübə mübadiləsində məqsəd iştirakçıları Dualabənzər tədrisin təşkili və həyata keçirilməsi sahəsində yanaşmalarla tanış etmək, onların bu yanaşmaları öz təcrübələrində tətbiq etmələrinə yardım göstərməkdir.
