Categories
Uncategorized Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

Tədbirdə Mərkəzin mühəndis-pedoqoji heyəti və tələbələr iştirak ediblər.
İlk öncə işğaldan azad edilən torpaqlarımız haqda video görüntülər izlənilib. Daha sonra Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Tədbirdə Mərkəzin mühəndis-pedoqoji heyəti və tələbələr iştirak ediblər.
İlk öncə işğaldan azad edilən torpaqlarımız haqda video görüntülər izlənilib. Daha sonra Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi bu əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Q. Nəbiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb. Azərbaycanın Vətən müharibəsini böyük Qələbə ilə başa vurduğunu, hazırda işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, ölkəmizin sürətlə inkişaf etdiyini, regionda bütün beynəlxalq layihələrin icrasında ölkəmizin müstəsna rolunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində tələbələr üçün bədii-əyləncəli proqram təşkil olunub, hazırlanmış kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Tədbir boyunca tələbələrin maraqlı və məzmunlu çıxışları bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız tələbələri təbrik ediblər.
Qeyd: Tədbir sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471