Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyini birgə dəstəyi ilə Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi layihəsinin icrasını yekunlaşdırmışdır – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyini birgə dəstəyi ilə Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi layihəsinin icrasını yekunlaşdırmışdır

Sözü gedən layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilmiş 30 nəfər gənc üçün Marketinq bacarıqları, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlər keçirilmişdir. Layihənin son təlimi aqroturizm sahəsində maraqlı olan gənclər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmişdir.

Təlimdə ilk öncə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat verdi. Daha sonra təlimçi Coşqun İsmayılov tərəfindən gənclərə Aqroturizm, Marketinq, Biznesin idarə edilməsi, Maliyyə savadlılığının artırılması istiqamətlərində, eləcədə aqroturizm subyektlərinin qurulması haqqında ətraflı məlumatlar verildi və müxtəlif simulyasiya oyunlar oynanıldı. Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, layihənin əsas məqsədi Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək və aqroturizm istiqamətində müxtəlif fəaliyyətlərə təşviq etmək idi. Layihə çərçivəsində həmçinin Göyçay rayonunda “Aqroturizm və sosial sahibkarlıq” festivalı təşkil edilmişdir.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471