Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilmişdir – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilmişdir

Tədbirdə çıxış edən tədris istehsalat işləri üzrə direktor müvini Camal Rəsulov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışıb. O, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu qeyd edib.

Daha sonra çıxış edən mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdulhüseynli Çinarə ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışaraq, Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda məlumat verib.

Tədbir zamanı Mərkəzin “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının I kurs tələbələri tərəfindən Ulu Öndər Heydər Əliyevin həyatı ilə bağlı hazırlanan videoçarx nümayiş edilib.

Tələbələr həmçinin Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti haqqında fikirlər səsləndirərək, gənclərimizə olunan diqqət, qayğı və sevgini hər zaman hiss etdiklərini vurğulayıblar.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471