Bu səfər tələbələrin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.

“AzRose” MMC qızılgül becərilməsi üzrə ixtisaslaşmış müasir bir təsərrüfatdır. Burada qızılgül bitkiləri ən müasir texnologiyalardan istifadə edilməklə torpaqsız şəraitdə, hidroponika üsulu ilə yetişdirilir. Tələbələrə bu üsulun üstünlükləri, istifadə olunan xüsusi qida məhlulları və qızılgüllərin optimal şəraitdə yetişdirilməsi barədə ətraflı məlumat verilib.

Səfər zamanı tələbələr istixana şəraitində bitkilərin inkişaf prosesini izləmək, qida maddələrinin tərkibi, işıqlandırma və rütubət səviyyəsinin tənzimlənməsi kimi mühüm məsələlər barədə məlumat almaq imkanı əldə ediblər. Onlar həmçinin bitki mühafizəsi və məhsulun keyfiyyətinin artırılması üçün tətbiq olunan metodlarla tanış olublar.

“AzRose” MMC-də keçirilən bu təcrübə tələbələr üçün nəzəri biliklərin praktikada tətbiq olunmasını görmək və müasir bitkiçilik texnologiyalarını öyrənmək baxımından əvəzolunmaz bir fürsət oldu. Bu səfər, tələbələrin gələcəkdə ixtisasları üzrə daha peşəkar mütəxəssislər kimi yetişmələrinə böyük töhfə verdi.

https://www.facebook.com/share/p/1DzTwveL99/

https://www.instagram.com/p/DFFhsfIMdQS/?igsh=a3htZTJmenpxdG1x

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.