Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən “Günərzi Qayğı Mərkəzi”nin uşaqları üçün 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə və “Yeni il”ə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Kənd Qadınlarına Qayğı” İctimai Birliyinin və Qəbələ Dövlət Peşə Təhsil Təhsil Mərkəzində yaradılmış “Günərzi Qayğı Mərkəzi”nin uşaqları üçün “Yeni il”ə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin layihə rəhbəri Habil Niftalı və Uşaq və Ailələrə dəstək Mərkəzinin işçiləri qonaq olmuşdur.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin ” Dayə” ixtisasında təhsil alan tələbələri tədbirdə Yeni ilə aid aksesuarların hazırlanmasında və uşaqların əyləndirilməsində yaxından iştirak etmişdirlər.

Tədbirdə uşaqlar tərəfindən mahnılar, şeirlər söylənmiş, rəqs edilmiş və onların iştirakı ilə “Turp” nağılı səhnələşdirilmişdir.

Tədbir “Günərzi Qayğı Mərkəzi”nin uşaqları tərəfindən böyük sevinc və alqışlarla izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471