Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında Qəbələ rayonu da daxil olmaqla 38 rayondan 100-dən artıq tələbə istifadə edir.

Görüşdə yataqxana işçi heyəti dinlənilib, tələbələrə yataqxana daxilindəki nizam-intizam barədə ətraflı məlumat veriblər.

Daha sonra tələbələrin istəkləri dinlənilib və onların rəy və təklifləri, istəkləri nəzərə alınaraq aidiyyatı üzrə şöbələrə tapşırıqlar verilib.

Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında qalan tələbələrin asudə vaxtlarının səmərəli təşkili daima diqqətdə saxlanılır.

Tələbələrimiz dərsdən sonra Mərkəzin idman zalında məşqlər edir, meydançada müxtəlif oyunlar oynayır, kino, sənədli filmlərə baxır, tədrisdən kənar boş vaxtlarında öz hobbiləri ilə məşğul olurlar.

Bütün bunlar yataqxana sakinlərinin bir ailə kimi inteqrasiyasına, asudə vaxtlarını mənalı keçirmələrinə, pis vərdişlərdən uzaq olmalarına, təlim və tədrisdə yüksək nailiyyətlər əldə etmələrinə imkan yaradır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.