Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Bu münasibətlə keçirilən mərasimdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, müəssisələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ixtisaslı kadrların yetişdirilməsi baxımından memorandumun əhəmiyyətini vurğulayıb, əlaqələrin perspektivlərindən söz açıb.

Mərasimdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulmasını yüksək qiymətləndirdirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib.

Memorandumda Qoruğun əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı işinin, birgə istehsal və təlimlərin təşkil edilməsi, büdcədənkənar gəlirləri stimullaşdırmaq, təhsilalanlarda sahibkarlıq bacarıqlarının aşılanmasını təşviq etmək, Qoruğun peşəkar mütəxəssislərinin Təhsil Mərkəzində tədris prosesinə cəlb edilməsi, qarşılıqlı maraq doğuran mövzularda konfransların, seminarların keçirilməsini təmin etmək və digər məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filminə baxıblar.

Filmin nümayişindən sonra Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələr Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Məlumat verilib ki, Arxeoloji Mərkəz şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura, eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.

Tədbir iştirakçıları Arxeoloji Mərkəzin sərgi salonunda 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid kitablarla, dövri mətbuatda dərc olunmuş məqalələrlə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu ilə tanış olublar.

Qonaqlar, həmçinin Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları olan Səlbir və Qala ərazilərindəki arxeoloji qazıntı sahələrinə də baxıblar.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olan mərd oğulların xatirəsini əbədiləşdirmək üçün ərazidə ağacəkmə aksiyası da keçirilib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471