Qəbələ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal idman növü üzrə xatirə turnirinə Olimpiya İdman Kompleksində davam etdirilmişdir.

Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində də apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin futzal idman növünün kütləviliyinə nail olmaq, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir.

Turnirə Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, təhsil sektoru, Qəbələ Hava Limanı, FHN Şimal-Qərb Regional Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsi, 9 saylı Ərazi Reyest İdarəsi, Qəbələ ASAN Xidmət Mərkəzi, FHN-nin N saylı hərbi hissəsi, 10 saylı Ərazi Vergilər İdarəsi və “Xanlar” istirahət mərkəzinin komandaları qatılıb.

Dairəvi sistem üzrə keçirilən turnirdə 12 komanda 3 qrupda mübarizə aparacaq, hər qrupdan 2 komanda növbəti turda görüşəcəklər.

Çempionatın ikinci günündə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası Səfərbərlik və HXÇDX-nin Qəbələ rayon şöbəsinə 5-3 hesabı ilə qalib gəlmişdir.

Komandamıza uğurlar arzulayırıq!

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.