Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Sağlam həyat tərzinin, vərdişlərinin və təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması” mövzusunda onlayn tədbir keçirdi.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova sağlam həyat tərzi barədə iştirakçılara ətraflı məlumat verdi.
Tədbirə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim metodisti Afət Məmmədova dəvət olunmuşdu. O reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması barədə iştirakçılara geniş məruzə etdi. Afət Məmmədova sağlam qadının sağlam gələcəyin təməli olduğunu dəfələrlə vurğuladı.
Sonda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova belə maarifləndirici tədbirlərin gənc qızlarımız üçün böyük əhəmiyyət daşıdığını bildirdi və bütün iştirakçılara tədbirə qatıldıqları üçün təşəkkür etdi.