Turizm və hotelçilik sahəsində fəaliyyət göstərən “TABİA Group” MMC qonaqpərvərlikdə yeni bir dövrü kəşf etmək üçün çox əlçatan imkanlar yaradır, insanların rifahına və real təcrübələrə dərin bağlılıq nümayiş etdirir. Şirkət Azərbaycanın zəngin mədəniyyətindən, sağlamlıq xidmətlərinin innovasiyasına qədər, hər kəs üçün bənzərsiz bir təcrübə təqdim edir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanması ilə bağlı görüş keçirilib.
Memorandum çərçivəsində turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə müəssisələr arasında əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, görüşdə müəssisələrin gələcək qarşılıqlı əməkdaşlıqlarının formalaşdırılması və təhsilalanların təcrübə əldə etməsi istiqamətində tərəfdaşlığı inkişaf etdirmək niyyəti ifadə olunub. Tələbələrimizin “TABİA Group” MMC-nin turizm müəssisələrində təcrübə keçməsi üçün imkanlar müzakirə edilib