“TABİA Group” MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər, mühəndis pedaqoji heyət və tələbələri ilə görüş keçirmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “TABİA Group” MMC arasında əməkdaşlığın növbəti addımı olaraq Mərkəzin müəllim və tələbələri ilə görüş keçirmiş, turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması üzrə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
Turizm və hotelçilik sahəsində fəaliyyət göstərən “TABİA Group” MMC-nin məsul əməkdaşları tələbələrə şirkətin tabeliyində fəaliyyət göstərən hotellər, hotellərin fəaliyyət istiqamətləri barədə təqdimatlar etmişlər.
Görüş zamanı əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə imzalanmış Anlaşma Memorandumuna əsasən “TABİA Group” MMC-nin tabeliyində olan hotellərdə tələbələrin istehsalat təcrübəsi, təlimi keçməsi prosesi razılaşdırılmışdır.
Qeyd edək ki, Memorandum çərçivəsində turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, DUAL proqramların tətbiqi, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə müəssisələr arasında əməkdaşlıq nəzərdə tutulur.