Tədbirin əvvəlində “Milli Qurtuluş Günü“ ilə əlaqədar videoçarx izlənildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qalib Nəbiyev “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə bütün kollektivi təbrik etdi və iştirakçıların diqqətinə çatdırdı ki, bu gün müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan uğurlar dövlətimizin qüdrətini daha da artırır. Azərbaycanın güclü dövlət olaraq, etibarlı tərəfdaş kimi tanınması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Təhsil Mərkəzinin İKT müəllimi Rübabə Məmmədova Ümummilli lider Heydər Əliyevin dövlətimizi parçalanmaq təhlükəsindən xilas etdiyini, “Milli Qurtuluş Günü”nün xalqımızın tarixində şanlı səhifə olduğunu vurğuladı. Məruzəçi Ulu öndərin hakimiyyətə gəldikdən qısa müddət sonra nüfuzlu dövlətlərə səfərlər etməsindən, münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılmasından bəhs etdərək, bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövlətinin beynəlxalq arenada müsbət imici formalaşıb, nüfuzu davamlı olaraq artıb, ölkəmiz qlobal taleyüklü məsələlərin həllinə öz töhfələrini verib.

Təhsil Mərkəzinin istehsalat təlim ustası Hicran Qaçayeva ən mühüm məqamlardan biri olan ulu öndər Heydər Əliyevin bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edərək bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmasını diqqətə çatdırdı.

Təhsil Mərkəzinin  Təhsilalanlarla iş şöbəsinin müdir müavini Əhməd Əhmədli çıxışında ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad etməsini qeyd edərək, bunun qəlbi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı tərəfindən iftixar hissi ilə qarşılandığını vurğuladı.

Sonda Mərkəzin Tərbiyə İşləri üzrə direktor müavini Reyhan Məmmədova möhtərəm Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasətinin nəticəsində Azərbaycanın müstəqiliyinin əbədi, xalqımızın azadlığının daimi olacağını, ölkəmizdə həmişə sülh və əminamanlığın hökm sürəcəyini əminliklə bildirdi və bir daha iştirakçıları bu gün münasibətilə təbrik etdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.