Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirin açılış hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, Mərkəzin son illər ərzində qazandığı uğurları, işəgötürən təşkilatlarla geniş işgüzar əlaqələri, beynəlxalq təcrübənin tətbiqi, tələbələrin ölkə xaricində təcrübə proqramına cəlb olunması, məzunların yüksək bilik nümayiş etdirərək məşgulluq səviyyələrinin artmasını, tələbələrimizin tədris ili ərzində Mərkəzin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq göstərdikləri yüksək həssaslığı xüsusi vurğulamışdır. Həmçinin yeni dərs ilində Qəbələ Dövlət Peşə Mərkəzində yeni tələbə adını qazanan tələbələri təbrik etmişdir. Təhsil Mərkəzinin kollektivinə qoşulmuş yeni əməkdalara da uğurlar arzulamışdır.
Daha sonra Mərkəzin Tİİ üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarını, 2024/25 tədris ili üzrə qəbul olmuş tələbələri salamlamış və onları yeni dərs ili münasibəti ilə təbrik etmişdir.
Həmçinin yeni dərs ilində Mərkəz tələbələri adından “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə 3-cü kursda təhsil alan Pəri Məmmədova çıxış edərək, müəllimlər və tələbələri yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etmiş və Mərkəzdə onlara yaradılmış şərait üçün xüsusi minnətdarlıqlarını bildirmişdir.
Yeni tələbə adını qazanmış tələbələrin valideynləri çıxış edilərək, Mərkəzin regiondakı nüfuzu qeyd edilmiş və övladlarının bu təhsil ocağında tədris almalarından məmnunluq hissi keçirdikləri bildirilmişdir.
Tələbələrimizi, onların valideynlərini və ümumilikdə bütün təhsil ictimaiyyətini yeni dərs ilinin başlaması münasibətilə təbrik edirik