Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edənlər Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu xüsusi vurğulamışdırlar. Onlar , həmçinin 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etmişdir və onların yaxınlarına dərin minnətdarlığını bildirmişdirlər.
Qeyd edək ki, Qəbələ DPTM-inin mühəndis-pedaqoji heyətinin, həmçinin tələbə kontingentimizin tərkibində olan bir çox şəxslər İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Tədbirdə həmçinin qazimiz və QDPTM-nin mütəxəssisi Nadirli Laçın çıxış edərək dövlətimizin onlar üçün yaratdığı şərait üçün xüsusi minnətdarlığını bildirmişdir