Daha sonra marş sədaları altında Dövlət Bayrağı tələbələr tərəfindən səhnəyə gətirildi. Mərkəzin psixoloqu Zemfilə Hüseynova  tədbiri açıq elan etdi. O, öz çıxışında vurğuladı ki, Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Respublikası öz müstəqilliyini çox çətinliklər bahasına qoruyub saxlamış, Müstəqil Dövlət kimi özünün dövlət atributlarını yaratmış və dünyaya tanıtmışdır.

Daha sonra bu günki günün tarixinə həsr olunmuş videoçarx nümayiş edildi.

Ardınca Mərkəzin tələbələrinə söz verildi.  Onların hazırladığı  bədii kompozisiya nümayiş olundu.

 Daha sonra Mərkəzin direktoru, iqtisad elmləri namizədi  Namik  Muradova söz verildi. O qeyd etdi ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Sonda direktor tədbirin təşkilində dərin həvəslə iştirak edən tələbələrə öz təşəkkürünü bildirdi.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.