07 mart 2018-cil tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “ 8 mart qadınlar günü ”  və  qızların peşə  yönümü  işlərinə  həsr  olunmuş  tədbir  keçirildi.  Tədbirdə  məktəbin  müəllim  kollektivi  və şagirdlər  iştirak edirdi.

Tədbiri  məktəbin  direktoru  Azad  Məmmədov   açaraq  qadın müəllimələri  və şagirdləri bayram münasibəti ilə təbrik etdi və bildirdi ki, ölkəmizdə qızların təhsil alması üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılmışdır.

Daha sonra tədris – istehsalat işləri üzrə direktor müavini  Camal Rəsulov çıxış edərək Azərbaycanda qadınların seçki hüquqndan danışaraq bildirdi ki, şərqdə ilk dəfə seçki hüququ Azərbaycan qadınlarına verilmişdir. Məktəbimizdə hal – hazırda 71 nəfər qız təhsil alır və gələcəkdə də qızların peşə təhsilinə cəlb olunması üçün işlər aparılacaqdır.

Məktəbin psixoloqu  Zenfilə Hüseynova və  şagirdlər  qadınlara öz təbriklərini çatdırdılar.

Tədbirin sonunda məktəbdə təşkil olunmuş  “Bacarıqlı  əllər” müsaqibəsinin qalibləri fəxri fərmanlarla təltif edildi. Müsabiqədə ”Geyim üzrə dizayner” ixtisası üzrə İsmayılova  Aişə Kamran qızı  və  “Xalçaçı” peşəsi üzrə Salahova Elnarə Ağarəhim  qızı  xüsusi  olaraq  seçildi.

Rəsmi   hissə  başa çatdıqdan sonra  tədbir iştırakçıları məktəbin bufetində hazırlanmış  çay  süfrəsinə dəvət  edildi və bayram  şənliyi  davam etdi.

IMG_0015IMG_0046

IMG_0022IMG_0072IMG_0084

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.