Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açiq qapı” günü keçirilmişdir.

14 may 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ şəhərində yerləşən ümumtəhsil məktəblərinin IX – XI sinif şagirdlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə məktəblərdən 100 nəfər şagird və müəllim iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin yeni tədris ilində Mərkəzdə fəaliyyət göstərəcək ixtisaslara qəbul olunmasını təbliğ etməkdir.
Təhsil Mərkəzində fəaliyyət göstərəcək ixtisaslar barədə Mərkəzin direktoru Azad Məmmədov şagirdlərə geniş məlumat verdi. Sonra Tİİ üzrə direktor müavini Camal Rəsulov, baş usta Səlim Mehdiyev və digər müəllimlər çıxış edərək Təhsil Mərkəzinin fəaliyyəti barədə danışdılar.
Tədbirdə Almaniya beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları Səbinə Ədilova və Məhəmməd Məmişzadə Dual PTT layihəsi barədə ətraflı məlumat vermişlər.

Eyni zamanda “Peşə seçimi” mövzusunda məktəbin müəllimi Rübabə Məmmədova açıq dərs keçirmiş və bir qrup şagird və müəllimlər həmin dərsdə iştirak etmişlər.

Fasilə zamanı qonaqlara çay – kofe və şirniyyat süfrəsi təklif edilmişdir.
Tədbirin sonunda qonaqlar Mərkəzin tədris korpusu və emalatxanalarla tanış olmuşlar.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.