Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağıyeva Fatimə çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamına əsasən böyük şair, mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq, ölkəmizdə 2021-ci ilin “ Nizami ili ”elan edilib, o bu sərəncamın ədəbiyyatimiz tariximiz,milli mənəviyyatimizin qorunub saxlanılması üçün əhəmiyyətindən danışıb
Mərkəzin tələbələri Allahverdiyev Çingiz, Seyidli Rəvan, Yusubov Səfayel və Əliyev Zabit böyük şair Nizaminin əsərlərindən nümunələr, şeir və qəzəllərini ifa etmiş, daha sonra Mərkəzin psixoloqu Hüseynova Zenfilə müəllimə çıxışında dahi Nizami Gəncəvinin öz əsərlərinin yazıldığı dövrdə də , bu gün də öz dəyərini itirməyən mühüm tərbiyəvi əhəmiyyətindən bəhs etmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə İşləri üzrə direktor müavini Reyhan Məmmədova öz çıxışında şairin əsərlərinin bədii təsirindən , onun qələminin məhsullarının nəinki təkcə Şərq ədəbiyyatına, ümumilikdə dünya mədəniyyətinə öz möhürünü vurduğunu bildirib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov da həmçinin, Nizami Gəncəvinin əsərlərinin gənc nəsilin təlim və tərbiyə səviyyəsinin artırılmasında böyük əhəmiyyəti olduğunu,müasir gənclərimizin indi də onun kəlamlarını öyrənib dərk etməklə kamala yetmələrində mühüm bədii vasitə olduğunu qeyd etdi.
Sonda Nizami Gəncəvinin bu gün də hər kəsin dillər əzbəri olan aforizmlərindən ibarət videoçarx izlənilib.
“Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Nizami Gəncəvi)