Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi tərəfindən, Qəbələ rayonunda “Eko könüllü” gənclər arasında ekoloji maarifləndirmənin təşviq edilməsi adlı layihənin icrası baş tutub.
Əsas məqsədi, gənclərin ekoloji biliklərini artırmaq, ekoloji şüuru inkişaf etdirmək və onların təbiətin qorunmasında aktiv rol oynamalarını təşviq etmək olan layihə ekoloji təhsilin inkişafı, gənclərin ekoloji təşəbbüslərdə iştirakını stimullaşdırmaq və ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərin təşviq edilməsi məsələlərini əhatə etmişdir.
Gənclərə ekoloji məsələlər, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri haqqında məlumat verilən layihə çərçivəsində, iştirakçılar üçün müxtəlif təlimlər, seminarlar, tədbirlər və aksiyalar təşkil edilib.
Təlimdə ekspert qismində Reyhan xanım Məmmədova çıxışları ilə bir sıra maarifləndirici məqamlara toxunub. Təlimin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin layihə rəhbəri Vüsalə Hümbətli öz çıxışında “Bu layihə, gəncləri ekoloji məsələlərə cəlb etmək və onların aktiv iştirakını təmin etmək məqsədini güdür. Gənclərin ekoloji biliklərini artıraraq, gələcəkdə təbiətə daha məsuliyyətli yanaşmalarını təşviq etməyi planlaşdırır,”( və ya ekoloji maarifləndirməni artırmaq və gənclərimizi ekoloji problemlərə daha çox cəlb etmək üçün bu layihənin həyata keçirilməsi mühüm bir addımdır.)– deyə bildirib.
Tədbirin növbəti mərhələsində gənc iştirakçılar ilə birlikdə təbiətə atılmış tullantılardan çirklənməyə məruz qalmış ekoturizm yerlərinin təmizlənməsi işi təşkil edilib.
İki gün baş tutan layihə çərçivəsində bir sıra ekoloji tədbirlər, təlimlər və yerli icmalarla əməkdaşlıq təşkil edilib. İştirakçılar, ekoloji problemlərin həllinə yönəlmiş layihədə yer alaraq, öz bilik və bacarıqlarını artırma imkanına sahib olublar