İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020-2021-ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik edib, yeni-yeni nailiyətlər arzulayıb.
Daha sonra ötən tədris ilinin yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuş, müəllimlər arasında dərs bölgüsü, istehsalat təlim ustalarının, sinif rəhbərlərinin təyin edilməsi, pandemiya dövründə tədrisin təşkili və digər ümumi məsələlər müzakirə edilmişdir.