Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu, Şəki KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ – Oğuz rayonlarında Qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş keçirilmişdir. KOBİA tərəfindən sahibkarlara göstərilən xidmətlər və KOB Dostunun fəaliyyət istiqamətlərinə dair tədbir iştirakçılarına məlumat verilmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəsi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin və Sahibkarlığın İnkişaf Fondunun nümayəndələri mövzu ilə bağlı çıxlşlar etmiş, sahibkarları maraqlandıran suallar aidiyyatı qrumlar tərəfindən cavablandırılmışdır. Qida istehsalı və kənd təsərrüfatı sahəsində sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri, sahibkarlıq subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarına dair məlumat verilib, güzəştli kreditlərin verilməsi və.s barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.