Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid Rüstəm Atakişiyevin bacısı Həzin Atakişiyevanın müəllifi olduğu şəhidimizə həsr olunmuş “Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni təmin edən amillərdən danışıb və təqdimatı keçirilən kitabın zəfər tariximizə bir töhfə olduğunu bildirib. Direktor müavini Reyhan Məmmədova çıxış edərək, təqdimatı keçirilən kitabın ümumi ictimai əhəmiyyətindən danışıb. Ardınca ilahiyyatçı Mehman Şəfiyev və kitabın müəllifi Həzin Atakişiyeva çıxış ediblər. Onlar öz çıxışlarında kitabla əlaqədar vacib məqamlara toxunublar. Şəhid valideynlərindən Cəlil Xeyirbəy, Qızbəs Musazadə, eləcədə ziyalılar Mirhəsən Ağayev, Telman Abdulxalıqov, Nəbi Kəlbiyev, habelə şəhidin döyüş yoldaşı Fuad Yəhyazadə də tədbirdə çıxış ediblər. Onlar öz çıxışlarında müəllif Həzin Atakişiyevanın öz şəhid qardaşı haqqında kitab yazmasını sevindirici bir fakt olaraq, səciyyələndiriblər. Ardınca Şuşa Rayon 24 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi – bədii kompozisiya təqdim edilib.
Tədbirin gedişində şəhid Rüstəm Atakişiyevə aid fotolardan ibarət videoçarx nümayiş olunub