“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə “Azərbaycan Respublikasının Hərbi atributları” mövzusunda təşkil edilmiş açıq dərsin məqsədi tələbələrə döyüş bayraqlarını, Silahlı Qüvvələrin emblemini, geyim formalarını, hərbi rütbələri tanıtmaq və tələbələrdə hərbi vətənpərvərlik ruhu yaratmaq idi.
Dərsin başlanğıcında tələbələr bir cərgə düzülüşü etmiş və taqım komandirinin məruzəsi dinlənilmişdir. Tələbələr Azərbaycan Respublikasının Hərbi atributlarının əhəmiyyətinin araşdırılması üçün “Xankəndi”, “Şuşa” və “Dəmir yumruq” adlı şərti manqalara bölünmüşdür.
Dərsin sonunda tətqiqat sualı ətrafında döyüş bayrağının hər bir əsgər üçün şərəf, şücayət, şöhrət simvolu olduğunu, Silahlı Qüvvələrin embleminin Silahlı Qüvvələri başqa hərbi birləşmələrdən fərqləndirən əsas rəsmi rəmz hesab edildiyi, hərbi qulluqçuya onun tutduğu vəzifədən asılı olaraq müvafiq hərbi rütbə verilməsi kimi fikirlərlə öz məruzəsini edən “Dəmir yumruq” manqası suallara ən düzgün və dolğun cavab verən komanda olaraq qalib elan edilmişdir.