ℹ️Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı.

Çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə azğınlaşmış erməni millətçilərinin törətdikləri misli görünməmiş vəhşiliklər, cinayətlər, terror aktı barədə geniş məlumat veriblər. Qeyd edilib ki, həmin müdhiş gecədə yüzlərlə dinc əhali qətlə yetirildi, körpə uşaqlara, qocalara aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar və bəşər tarixində növbəti cinayət aksiyasını – Xocalı soyqırımını həyata keçirdilər. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xalqımız hər ilin bu gününü dərin hüznlə qeyd edir, günahsız şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir.

Tədbir boyu tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səslənib. Xocalı soyqırımını əks etdirən sərgi nümayiş olunub.

https://www.facebook.com/share/p/18QPNPE1cj/

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.