COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində silsilə tədbirlərin davamı olaraq, “Yaşıl Həmrəylik ili və COP 29 tələbələrin gözü ilə” mövzusunda təqdimatın nümayişi həyata keçirilmişdir.
Mərkəzin “Kompüter sistemlərində proqramlaşdırma” ixtisası üzrə təhsil alan Pəri Məmmədova tərəfindən hazırlanmış təqdimatın nümayişi zamanı COP29 barədə ətraflı məlumat verilərək, COP29-da builki dialoqun əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı qeyd edilmişdir. P.Məmmədova, həmçinin COP29-un tərəfdaş ölkələri, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması istiqamətində gördüyü tədbirlər haqqında məlumat vermişdir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP) bu il Azərbaycanda keçiriləcəkdir