17 sentyabr  2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni dərs ilinin başlanması münasibəti ilə   toplantı keçirildi.

            Dövlət himninin  səsləndirilməsi ilə başlanan tədbirdə müəllim və şagird  kollektivi ilə bərabər, valideynlər və Təhsil Mərkəzi ilə daima əməkdaşlıq edən idarə- təşkilat rəhbərləri, digər qonaqlar  iştirak etdi.

            Təhsil mərkəzinin direktoru Azad Məmmədov giriş sözü ilə tədbiri açaraq tələbələri və qonaqları  salamladı  və Mərkəzin fəaliyyəti, qarşıda duran məsələlər haqqında geniş məlumat verdi.      Yeni dərs ili münasibət ilə  kollektivə xoş arzularını çatdıraraq, sözü Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Rauf Feyzullayevə verdi. Daha sonra qonaqlardan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov,  Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Məhəmməd Məmişzadə, Rayon Təhsil şöbəsinin nümayəndəsi Yaşar Nəzirov, Turizm və Otelçilik üzrə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov və mərkəzin Tİİ üzrə direktor müavini Camal Rəsulov  çıxış edərək öz səmimi təbriklərini tədbir iştirakçılarına çatdırdılar. Valideynlərdən Ramiz Yolçuyev və Emin Baratoğlu çıxış edərək övladlarının timsalında bütün şagirdləri təbrik etdilər, onlara öz səmimi arzularını bildirdilər.

            Tədbirdən sonra Təhsil Mərkəzinə səyahət edildi, qonaqlar tədris və təlim otaqları ilə tanış oldu.  

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.