Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər
16 mart tarixində İsmayıllı rayonunda Təhsil Nazirliyi yanında Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü – Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən 3-cü təlim keçirilib.

İsmayıllı rayonunda keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 nəfər əməkdaşı və “Aqroservis mütəxəssisi” ixtisası üzrə 10 nəfər şagirdi iştirak etmişdir. Mərkəzin müəllim və şagirdləri təlimdə fəal iştirak etmişlər. Bu təlim əvvəlki təlimlərdən işlərin bir başa sahədə praktik keçməsi ilə fərqlənirdi.

Layihənin məqsədi “CLAAS” və “LEMKEN” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiqidir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.