ℹ️Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən icra edilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti tədbiri Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatında baş tutub. Layihə üç ay davam edir.

Bu təşəbbüs gənclər arasında narkotik vasitələrin istifadəsinin artması ilə bağlı narahatlıqları ön plana çəkərək, narkotiklərin yaratdığı təhlükələr, onların fiziki, psixoloji və sosial təsirləri barədə maarifləndirmə işləri aparmağı hədəfləyir. Layihə çərçivəsində gənclərə narkotiklərdən uzaq durmağın yolları, sağlam həyat tərzinin üstünlükləri və bu istiqamətdə atıla biləcək düzgün addımlar barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, onları bu təhlükədən qorumaq üçün mədəni-maarifləndirici tədbirlərin həyata keçirilməsi və sağlam, dəstəkləyici sosial mühitin yaradılmasıdır. Layihə çərçivəsində narkotik asılılığının qarşısının alınması, psixoloji dayanıqlığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədilə müxtəlif seminarlar, yaradıcılıq emalatxanaları və interaktiv görüşlər təşkil edilir.

Tədbir zamanı Mərkəzin tələbələri təşkilatın Qəbələ rayon filialının fəaliyyətində aktiv iştirak etdiklərinə görə təltif ediliblər.

https://www.facebook.com/share/p/1BXWqpBFcQ/

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.