Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
04 may 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Z. Hüseynova açmışdır. Çıxışlara başlamazdan öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktoru Azad Məmmədov çıxış edərək H. Əliyevin gördüyü böyük işlər, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələr haqqında geniş məlumat vermişdir.
Daha sonra Mərkəzin Tİİ üzrə direktor müavini Camal Rəsulov, müəllimlərdən S. Mehdiyev, B. Qasımov, R. Məmmədova və digərləri Ümummili Liderin uğurlu siyasətindən, ölkəmizdə təhsilin, elm sahəsinin inkişafındakı rolundan, kənd təsərrüfatı sahəsində böyük xidmətlərindən, azərbaycan gənclərinə olan diqqət və qayğısından bəhs edərək öz fikirlərini bölüşmüşlər.
Sonda ulu öndərin həyatına, xalqımızın gözəl gələcəyi naminə gördüyü işlərə dair videoçarx nümayiş etdirilmişdir.