Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Kəmalə Qasımova bəşəriyyətin bəlası olan narkomaniya və onun törətdiyi fəsadlar barəsində danışdı. Daha sonra mərkəzin bələdçisi Mahirə Kərimova, KOBİA – nın könüllüsü Sahilə Mustafayeva, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Rzayeva, UADM – ın direktoru Günel Ağayeva, əməkdaşı Hökümə İsmayılova, Tarix – Diyarşünaslıq Muzeyinin elmi işçisi İlhamə Seyidova çıxış edərək, dövlətin, millətin, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən çox asılı olduğunu, gənc nəslin sağlam ruhda tərbiyəsinin dövlət və cəmiyyət tərəfindən diqqət mərkəzində saxlandığını qeyd etdilər.
- Post category:Uncategorized / Xəbərlər
- Post comments:0 Comments