13 dekabr 2019-cu il tarixdə   Qəbələ  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində  “Azərbaycan gəncliyi  2017-2021-ci illərdə” Dövlət Proqramının  Tədbirlər  Planının  müvafiq yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə  (referendumda) iştirakın  təbiliği, ilk dəfə səs verən gənc seçicilər  arasında maarifləndirmə   işinin  təşkili)  icrasını  təmin  etmək  məqsədi ilə   “Sənin səsin – sənin gələyəcəyin” mövzusunda  tədbir  keçirildi.   Tədbirdə  Qəbələ rayon  Gənclər  və İdman  İdarəsinin   rəisi Fəxri Sultanov, 116   saylı   ərazi   seçki   dairəsinin   əməkdaşı Dilşad Rəsulova,   ilk  səs verəcək  50 nəfər gənc  iştirak  edirdilər.

Tədbirdə  çıxış  edən  Qəbələ  rayon  Gənclər  və İdman  İdarəsinin   rəisi Fəxri Sultanov tədbir  iştirakçılarını  salamlayaraq  bildirdi  ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin sosial, humanitar, iqtisadi və siyasi həyatında  mühüm rol oynayır. Bu  gün  gənclərimiz  üçün  yaradılan geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib.

Daha  sonra   çıxış  edən  116   saylı   ərazi   seçki   dairəsinin   əməkdaşı  Dilşad Rəsulova   ilk  dəfə  səsvermə  hüququ  qazanmış  gənclərə seçicinin hüquq və vəzifələri  haqqında   ətraflı  məlumat verərək  bildirdi  ki,  bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər. İstər yerli, istərsə də beynəlxalq aləmdə bu gün gənclərin uğurları hər gün daha da artır.                                                                                                                  

Tədbirdə  çıxış  edən   Təhsil Mərkəzinin tələbəsi Ədibə  İbrahimova hər bir gənci seçkilərdə fəal iştirak etməyə səslədi.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.