15 yanvar 2020-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi adı altında tədbir keçirilimişdir. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsliyi vərdişlərinin aşılanmasıdır.

Tədbiri giriş sözü ilə Qəbələ Dövlət  Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov açaraq, agentliyin əməkdaşlarını təqdim etmiş və tədbirin mahiyyəti haqqında danışmışdır.

Görüş çərçivəsində  “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması” , “Fast food” qidalarının ziyanları, “Qida etiketləri” kimi mövzularda təqdimat və videoçarxlar təqdim edilmiş və şagirdlərlə fikir mübadiləsi aparılmışdır. Sonda AQTA-nın mütəxəssisləri tərəfindən tələbələri maraqlandiran suallar cavablandırılmış və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.