03-04 dekabr 2019-cu il tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun təşkil etdiyi “Sahibkarlığa doğru addımlar” layihəsi çərcivəsində maarifləndirici tədbir keçirildi.

          Tədbirdə mərkəzin tələbələri və müəllimləri iştirak etmişdir. Təlimçi Elvin Dadaşsoy tədbirin ilk günü layihə haqqında məlumat verdi. Layihənin məqsədi gənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi və ölkənin aparıcı biznes adamları ilə əlaqənin qurulmasına kömək göstərməkdir. Təlimin ikinci günü Elvin Dadaşsoy “ Swot təhlili”, “4P konsepsiyası”, “Bazar seqmentasiyası” və s.haqqında məlumat vermiş və tələbələr arasında yarış keçirmişdir .
         

           Sonda layihə tərəfindən iştirakçılara sertifikatlar tədim edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.